إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 14-də Qurultay çərçivəsində bir sıra görüşlər keçirib.

2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində sentyabrın 21-də Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbirin keçirilməsi planlaşdırılır.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistana rəsmi səfəri çərçivəsində sentyabrın 12-də bir sıra tarixi-mədəni məkanlarla tanış olub.

UNESCO Afrika prioriteti proqramına, eləcə də Afrika ölkələri Milli komissiyalarının bugünkü iclasının təşkilinə göstərdiyi böyük dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürümüzü bildiririk.

Ərbəin günü kimi tanınan İmam Hüseynin (ə) qırx mərasimlərinə beş gün qalıb. Ərbəin ziyarətinin yürüşləri əsasən səfər ayının 15-dən 20-ə qədər Nəcəfdən Kərbəlaya doğru həyata keçirilir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Qətər Dövləti tərəfindən sentyabrın 9-da UNESCO-nun mənzil-qərargahında yüksək səviyyəli iclas zamanı təqdim edilən Təhlükəsiz Məktəb Bəyannaməsinə dəstəyini ifadə edib.

Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfərə yola düşür.

Türkiyənin təbii qazla bağlı hər hansı bir narahatlığı yoxdur və Rusiya Türkiyəyə qarşı hər hansı bir sanksiya tətbiq etmir.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib.

Oktyabrın 6-7-də Avropa İttifaqına sədrlik edən Çexiyanın ev sahibliyi edəcəyi Avropa İttifaqı Liderlərinin Zirvə görüşündən əvvəl “Avropa Siyasi Birliyi” toplantısının keçirilməsi. planlaşdırılır.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.

267 səhifədən 6«««2345678910»»»
© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!