|
• DünyadaMüxtəlif illərə aid 19 Kəbə örtüyü Türkiyədə nümayiş ediləcəkİpək üzərində qızılla işlənmiş və ritmik elementlərlə bəzənmiş 19 ədəd Kəbə örtüyü, ilk dəfə Türkiyənin Kırıkkale vilayətində tikilməkdə olan “İslami Değerler Külliyesi”də kompleks halda sərgilənəcək. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu əsərləri muzeyə gətirən və keçmişdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Türkiyənin Mətbuat Attaşesi vəzifəsində çalışmış Bahattin Akyön üzlüklərlə bağlı bunları açıqlayıb: “Kəbənin açarı Peyğəmbərimizin zamanından bəri Əş-Şeybi nəsli tərəfindən mühafizə olunur. Bu dəyərli ailə Türkiyəyə olan maraqlarına və şəxsi dostluğuna görə müxtəlif illərə aid parçalar hədiyyə edib. Bu çox qiymətli parçaların hər kəs tərəfindən görülməsini istədik. 19 parça arasında üzərində İxlas surəsi həkk olunmuş “Səmədiyə” adlı çox qiymətli parçalar da var. Bundan əlavə, sərgidə Peyğəmbərin mübarək ayaq izinin dəqiq surəti və onun əşyalarından bəzi başqa nümunələr də var.” Qeyd edək ki, müqəddəs Kəbə tarixin ilk dövrlərindən bəri içəridən və xaricdən qiymətli parçalarla örtülüb. Keçmişdə yun və pambıq parçalarla örtülmüş Kəbə Osmanlı dövründən ipək parçalarla örtülməyə başlanıb. Bu gün Səudiyyə Ərəbistanının bu məqsədlə qurduğu “Məsnail Kəbə” fabrikində ipək parçalarının misralarla bəzədilməsində qızıl və gümüşdən istifadə edilir. Parçanın üzərinə əllə qızıl sap tikilir. Bu örtük hər il Qurban bayramı ərəfəsində Həcc ziyarəti zamanı dəyişdirilir. Müxtəlif tarixlərdə qırmızı, yaşıl, ağ kimi rənglərdən istifadə olunsa da, hazırda Kəbədə çöldə qara örtük, içəridə yaşıl örtük istifadə olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2022 11:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |