|
• DünyadaDanimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyirQeyri-rəsmi olaraq ölkədə bu qanuna Koranloven, “Quran Qanunu” deyilir. Ahlibeyt.az-ın BBC-yə istinadən məlumatına görə, Danimarka parlamenti dini mətnlərə qarşı "ehtiramsız davranışı" qadağan edib. Yeni qanun İncil və Tövrat da daxil olmaqla bütün dini kitablara şamil edilsə də, bu maddə Qurana aiddir. Yeni qanuna məhəl qoymayanları cərimə və ya iki ilə qədər həbs gözləyir. Danimarka parlamentində qızğın müzakirələrlə müşayiət olunan qanun layihəsi 94 “lehinə”, 77 “əleyhinə” səs çoxluğu ilə qəbul edilib. (Danimarka parlamentində 179 deputat var) Yeni qanunun tərəfdarları müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırıldığı bir neçə siyasi hadisənin Danimarkanın müsəlman dünyası ilə münasibətlərini çətinləşdirdiyini və ölkədə terror aktları riskini artırdığını bildiriblər. Baş nazir Mette Frederiksenin rəhbərlik etdiyi sağ mərkəzçi koalisiya hökuməti bildirib ki, dinin tənqidi qadağan olunmayıb və əvvəlki kimi qanuni olaraq qalacaq. Lakin yeni qanunun əleyhdarları digər bir vəziyyətdən narazı qalıblar: Yeni qanun maddəsi Cinayət Məcəlləsinin dövlətə xəyanət və dövlət təhlükəsizliyinə qarşı cinayətlərdən bəhs edən 12-ci fəslində yerləşdirib. Belə olan halda qanunvericilik belə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin şəxsi danışıqlarının dinlənilməsi imkanını nəzərdə tutur. Müxalifət bildirib ki, dini mətnləri yandıranları da eyni aqibətin gözlənilməyəcəyinə aydınlıq gətirmək üçün qanun layihəsi Məhkəmə-Hüquq Komitəsinə qaytarılmalıdır.Bu şəxsi toxunulmazlıq hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin hökumət partiyası belə bir riskin olmadığını deyib və bunun əleyhinə səs verib. Qeyd edək ki, İsveç hökuməti də analoji qanunun qəbulu imkanını nəzərdən keçirir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2023 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |