|
• DünyadaCiddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilibNoyabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “Medianın nifrət nitqinin və zorakılığın qarşısının alınmasında rolu, dezinformasiyanın və qərəzliliyin təhlükələri” mövzusuna həsr edilmiş beynəlxalq forum keçirilib. Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, Müsəlman Dünyası Liqası və İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə bir neçə ölkənin informasiya nazirləri, səfirlər və xəbər agentliklərinin nümayəndələri iştirak ediblər. UNA-nın Şura üzvü olan AZƏRTAC forumda təmsil olunub. Müsəlman Dünyası Liqasının Baş katibi, Müsəlman Alimləri heyətinin sədri Şeyx Məhəmməd Əbdülkərim əl-İsa çıxışında bildirib ki, forum bəşəriyyət üçün çox aktual mövzuya həsr olunub. Qeyd edib ki, dünyada yayılmış nifrət nitqi “çətin sağalan xəstəliyə” çevrilib və onu yalnız birgə ağıllı iradə və səmimi fəaliyyətlə aradan qaldırmaq olar. Şeyx əl-İsa bu və bənzər mənfi hallarla mübarizədə medianın roluna diqqəti çəkərək bildirib ki, mediadan ədalətli şəkildə istifadə etməklə həqiqəti çatdırmaq və beləliklə də cəmiyyətlərdə təfriqənin qarşısını almaq mümkündür. Daha sonra çıxış edən Fələstinin informasiya naziri Əhməd Əssaf Qəzzada baş verən son hadisələr barədə danışıb. Nazir gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olmasının ciddi narahatlıq doğurduğunu bildirib. Təəssüf hissi ilə qeyd edib ki, dünya mediasında münaqişə zonasındakı hadisələrə birtərəfli və qərəzli yanaşmalar, feyk xəbərlərin və dezinformasiyaların yayılması böhranın ədalətli şəkildə həllinə mane olur. Fələstinli nazir diqqətə çatdırıb ki, medianın ümdə vəzifəsi tolerantlıq mədəniyyətini, insanlar arasında ədaləti və məhəbbəti yaymaq, gərginliyi azaltmaq, nifrətə köklənən fikirlərdən uzaq durmaqdır. Əksinə, yalan informasiyalar və ikili standartlar əsl həqiqətin üzə çıxmasına mane olur. Daha sonra Somalinin informasiya naziri Davud Uveys, UNA-nın Baş direktoru Məhəmməd bin Əbdrəbbih əl-Yami və digər şəxslər çıxışlarında hərbi münaqişələrin həll olunmamasının səbəbləri arasında beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasını, ikili standartlar və qərəzli yanaşmaların böhranların daha da kəskinləşməsinə şərait yaratdığını bildiriblər. Sonra forum işini panel iclasları ilə davam etdirib. Çıxışçılar ictimai rəyin çaşdırılması və manipulyasiyası üçün qərəzli KİV-lər vasitəsilə yayılan feyk xəbərlərin təhlükəsindən və onlarla mübarizə üsullarından danışıblar. Forumda medianın ictimai rəyin müsbət və ya mənfi şəkildə istiqamətlənməsində rolundan bəhs edən qısa videoçarx nümayiş olunub. Tədbir yekun kommunikenin oxunması ilə sona çatıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Noyabr, 2023 09:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |