|
• Mənəviyyat • FatimiyyəXanım Fatimeyi-Zəhranın(s.ə) şəfaətiBu gün qəməri təqvimi ilə Cəmadiül-axır ayının 3-ü qeyd olunan ehtimala əsasən İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) əziz qızı Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür. Allah Rəsulunun(s) sevimli qızı, ismət və iffət nümunəsi Həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur. Bəzi rəvayətlərə görə o, Həzrət Mühəmməd Peyğəmbərin(s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur. Bu iki nəzəriyyə daha mötəbər sayılır və Həzrət Zəhranın(s.ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyül-axır ayının 3-də qeyd edilir - Bu günlər - “Əyyami-Fatimiyyə” adlanır. Bu iki tarixin arasında 20 gün zaman vardır ki, bu günlər “Əyyami Fatimiyyə”(Fatimə günləri) adlandırılır və Xanım Zəhranın(s.ə)şəhadətini yad edən mərasimlər təşkil olunur. Xanım Fatimeyi-Zəhranın (s.ə.) məqam və fəzilətlərini dərk etmək üçün mütləq məsum rəhbərlərin kəlamlarına müraciət etmək lazımdır. Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfaət edənin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur. Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara (İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir. Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi. İmam Baqir (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir:
"Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur." Seyid Haşim Bəhrani İmam Sadiqdən(ə) belə nəql edir: "Heç bir peyğəmbərin peyğəmbərliyi, Fatimənin (s.ə) fəzilətini təsdiqləmədən və ona məhəbbət bəsləmədən kamil olmadı. - Həmçinin “İnna ənzəlnahu fi ləylətil-qədr” ayəsi haqqında buyurub: "Ləyl” - dən məqsəd Fatimə(s.ə) və "Qədr"-də məqsəd Allahdır. Hər kəs Fatiməni(s.ə) olduğu kimi tanısa "ləylətil-qədr"-i dərk edibdir." Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra əlini (ə) imam və rəhbər bilsə, qızım Fatimənin şəfaəti ilə behiştə daxil olcaq. Fatimə dünya qadınlarının seyyidəsi və sərvəridir". İmam Səccad (ə) buyurub: "Qiyamət baş verdiyi zaman, carçı car çəkərək belə deyəcək:Bu gün qorxmayın və kədərlənməyin.Hamı bu ümumi bağışlanmadan başlarını qaldırar. - Fatimeyi-Zəhra (s.ə) məhşərə daxil olan zaman deyiləcək Əhli-beyti(ə) sevənlərdən başqa ayələrimizə iman gətirənlər və müsəlman olanlar hamısı başlarını aşağı salsın. O zaman Muhəmmədin (s) qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) kimiliyi məlum olar. O, və ətrafında olanları cənnətə doğru gedərkən Allah bir mələyi onun yanına göndərib deyəcək: Məndən hacətini istə! Fatimə (s.ə) ərz edəcək: Ey Allah! Mənə və mənim övladlarıma kömək edənləri bağışla". Bir hədisdə, imam Muhəmməd Baqir (ə) buyurur: “And olsun Allaha! O gün (qiyamət günü) Fatimə(s.ə) onu sevənləri yaxşı dəni pis dəndən ayıran bir quş kimi, camaat arasından ayırıb(özüylə cənnətə aparacaq). İmam Hadi (ə) həzrət Siddiqeyi-Tahirəyə (s.ə) Fatimə adının verilməsinin səbəbini peyğəmbərdən (s) belə nəql edir: “Qızım Fatiməyə (s.ə) bu adın verilməsinin səbəbi Allahın onu və dostlarını oddan uzaq etməsidir”. Xanım Zəhranın(s.ə.) ziyarətnaməsi
Dua kitablarında bu gün Xanım Fatimeyi-Zəhraya(s.ə) məxsus ziyarətnamənin oxunması tövsiyə olunur. Mötəbər rəvayətdə göstərilir ki, hər kəs xanım Fatiməni (s.ə.) qeyd olunan ziyarətnamə ilə yad edərək Allah-Taaladan bağışlanmaq diləsə, Allah-Taala onun günahlarını bağışlayar və onu cənnət əhlindən qərar verər:
السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا
Əssəlamu ələyki ya səyyidətə nisail-aləmin. Əssəlamu ələyki ya validətəl hucəci ələn-nasi əcməin. Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha.
“Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!”
Sonra de:
اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ
Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfə ibadikəl mukərrəminə min əhlis-səmavati və əhlil ərəzin.
“İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!”
Şeyx Abbas Qummi qeyd edir: Seyid ibn Tavus “Zəvaidul-fəvaid” kitabında bu ziyarətnamənin xanım Fatimey-Zəhranın (s.ə.) şəhadət gününə məxsus olduğunu əlavə etmiş və həmin kitabda o həzrəti ziyarət etməyin qaydası belə göstərilmişdir:
“Əvvəlcə ya iki rükət ziyarət namazı və ya xanım Fatimeyi-Zəhraya (s.ə.) məxsus namaz qılınır. (O xanıma məxsus namaz iki rükətdir və hər rükətdə “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsi tilavət olunur. Əgər bunun yerinə yetirlməsi çətin olarsa, birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İxlas” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra bir dəfə “Kafirun” surəsi tilavət olunur.
Namazdan sonra isə ziyarətnamənin oxunması tövsiyə olunur. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Cəmadius-sani” ayının əməlləri” bölümü)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2024 08:00 ⁄ Çap
Bu bölmədə22 Dekabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günüdür15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |