|
Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdürBu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür. Həzrət Məhəmməd(s) buyurmuşdur: «Həqiqətən mən (Allah tərəfindən) dəvət olunmuşam və yaxın vaxtlarda o dəvəti qəbul edib dünyadan köçəcəyəm.Bu halda sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı olan Quran, digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki əmanət Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz.» Hicrətin 10-cu (miladi632) ilində həzrət Peyğəmbər (s) Allah evini ziyarət edəcəyini elan etdi.Minlərlə müsəlman o həzrətlə həcc ziyarətinə getməyə hazırlıq işləri gördülər. Həzrət Peyğəmbər (s) zilqədə ayının 25-də Əbu Dəcacəni Mədinədə öz yerinə təyin edib 60 qurbanlıq götürərək, digər müsəlmanlarla birgə həcc mərasimini yerinə yetirmək üçün Məkkə şəhərinə yola düşdü. Peyğəmbər (s) Zül-hüleyfə aməntəqəsinə çatanda ehram bağlayıb ləbbeyk nidasını deməyə başladı. Sonra həzrət Məscidüi-hərama daxil olub Kəbəni təvaf etdi.və həccin digər mərasimlərini yerinə yetirdi. Yəmən şəhərində məmuriyyətdə olan Əli (ə) Peyğəmbərin (s) həcc səfərindən xəbərdar olan kimi ixtiyarındakı dəstə ilə Məkkəyə doğru yollandı. Və Ərəfə günündən qabaq, gəlib peyğəmbər (s)-ə qoşuldu. Həzrət Mühəmməd (s) həcc mərasimindən sonra Mədinə şəhərinə yola düşdü. Zil- həccə ayının 18-i bazar günü Cöhfə məntəqəsinin yaxınlığındakı Qədir- Xum məntəqəsinə çatdıqda vəhy mələyi Cəbrayıl (ə) Allahın əmri ilə enib peyğəmbər (s)-ə bu ayəni nazil etdi: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçiliyi, peyğəmbərliyi) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!". Allah tərəfindən Peyğəmbər (s)-ə əmr olundu ki, Əli (ə)-ın özündən sonra ümmətə layiqli rəhbər olacağını elan etsin və ona itaət etməyin müsəlmanlara vacib olduğunu onlara çatdırsın. Həzrət pryğəmbər (s) bu əmrə əsasən iərli gedən karvanların geri qayıtmasını əmr etdi və geridə qalanların gəlib çatmasını gözlədi. Bütün müsəlmanlar bir yerə toplaşdılar. Orada olan müsəlmanların sayı təxminən, 120 min nəfər idi. Hamı bir-birindən nə hadisə baş verdiyini soruşurdu. Qızmar günəşin şiddətindən camaat əbalarının yarısını altına atmış, yarısını isə çətir kimi başları üzərinə tutmuşdular. Orada camaat namazı qılındı. Namazdan sonra həzrət peyğəmbər (s) dəvələrin yəhərlərindən hazırlanmış hündür yerdə dayanıb camaata bu xütbəni oxudu: "Həmd və səna Allaha məxsusdur. Ondan kömək istəyir, Ona iman bəsləyir, ona təvəkkül edir və layiqsiz əməllərdən pənah aparırıq. Allahdan başqa hidayət edib düz yol göstərən yoxdur. Allah hidayət edən şəxsi heç kəs yolundan azdıra bilməz. Şəhadət verirəm ki, ondan başqa məbud yoxdur. Məhəmməd onun əbədi rəsulu və elçisidir. Camaat! Agah olun! Haqqın dəvətini qəbul edib, tezliklə sizlərdən ayrılmağımın vaxtı yaxınlaşmışdır. Mən və sizlər məsuliyət daşıyırıq Mənim barəmdə nə düşünürsünüz? Hamı bir ağızdan səsləndi: "Şəhadət veririk ki, sən öz risalətini bizə çatdırdın nəsihətlər edib düz yola dəvət etməkdə çox çalışdın. Allah sənə savab versin". Həzrət peyğəmbər (s) buyurdu: "Allahdan başqa heç bir məbud olmamasına və Mühəmmədin onun bəndəsi və elçisi olduğuma şəhadət verirsinizmi? Habelə, Cənnət və cəhənnəmin, ölümün haqq olduğuna, Qiyamət gününə heç bir şübhə olmamasına və Allah-Taalanın ölüləri diriltməsinə şəhadət verirsinizmi? Dedilər? "Bəli. şəhadət veririk". Həzrət peyğəmbər (s) buyurdu: "İlahi, sən özün şahid ol! Həqiqətən, mən başqa dünyaya (axirət aləminə) köçməkdə və hovuzun kənarına çatmaqda sizləri qabaqlayıram. Siz hovuzun kənarında mənim yanıma gələcəksiniz. Mən sizlər üçün qiymətli iki ağır əmanət qoyub gedirəm. Fikirləşin və diqqətli olun Məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz?! Bir nəfər soruşdu: " Ya rəsulullah! Onlar hansılardır? Həzrət peyğəmbər (s) buyurdu: " Biri Allahın kitabı olan Quran, ikincisi isə itrətim olan pak Əhli-beytimdir. Mehriban Allah məni xəbərdar edib ki, bu iki əmanət kövsər hovuzunun kənarında mənə qovuşmayınca, bir-birindən ayrılmayacaqlar. Mən nu işi (Quranla Əhli-beytimin bir-birindən ayrılmamasını) Allahımdan istəmişəm. Quran və itrətimdən qabağa keçsəniz yaxud geri qalsanız həlak olarsınız". Sonra həzrət peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub qoltuqlarının altı görünənə qədər yuxarı qaldırdı və buyurdu: "hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Ey Allahım! Hər kim onunla dost olsa, sən də onunla dost ol. Hər kim onunla düşmən olsa, sən də onunla düşmən ol". Həzrət peyğəmbər (s) xitab edərək buyurdu: "Bu xəbəri burada olanlar olmayanlara çatdırsın". Onun sözlərindən sonra Cəbrayıl (ə) enərək Allah tərəfindən bu ayəni nazil etdi. "Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim."(Maidə-3) Ayə nazil olduqdan sonra həzrət peyğəmbər (s) buyurdu: Allahu əkbər! Din kamilləşdi, nemətlər tamamlandı Allah-Taalanın risalətimə və bundan sonra Əli (ə)-ın vəsi və canişinim olmasına sevindiyinə görə ona təşəkkür edirəm". Bu hədisdən sonra müsəlmanlar bir-bir Əli ibn Əbu-Talibi möminlərin əmiri olması münasibəti ilə təbrik etdilər. Hamədan öncə Əbu Bəkr və Ömər ibn Xəttab Əli (ə)-ın yanına gəlib dedilər: "Ey, Əbu Talibin oğlu Əli səni təbrik edirik. Sən bu gündən bizim və mömin kişi və qadınların ağası və rəhbərisən". Peyğəmbər (s) həcc səfərindən qayıtdıqdan sonra xəstələnir və xəstəliyi günü-gündən şiddətlənirdi. Nəhayyət, hicri 11-ci ilin Səfər ayının 28-də, başı Həzrət Əlinin (ə) sinəsində ikən Allaha qovuşdu və bütün islam dünyasını sonsuz bir hüznə qərq etdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2024 10:14 ⁄ Çap
Bu bölmədə14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri16 Sentyabr, 2024 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |