إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam Məhərrəm ayı daxil olur - Günün əməlləri

Məhərrəm ayı İmam Hüseynin (ə.s.) matəm ayı olması ilə yanaşı, məhərrəm ayının ilk gecəsi yeni qəməri il başlayır.

Bu axşam - 6 iyul şam azanı zamanı qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur.

Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında bildirilir ki, hicri-qəməri təqvimi ilə yeni 1446-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-ci günü Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Məhərrəm ayının 10-u - Aşura günü isə iyul ayının 16-na təsadüf edir.

On ikinci əsrdə yaşamış tanınmış islam alimi Seyyid ibni Tavus "Misbahuz-Zair" və "Muhəcud-Dəəvat və Mənhəcul-İbadat" əsərində yazır ki, zilhəccə ayının son günündə iki rəkətli namazın qılınması tövsiyə edilir. Bildirilir ki, qılınan iki rəkətli namazın hər ikisində Həmd surəsini 1 dəfə, İxlas sürəsini 10 dəfə, eləcə də Ayətəl-küsrsini 10 dəfə oxumaq lazımdır. Ardınca aşağıdakı münacatı oxumaq:

"İlahi ma əmiltu fi  hazihis-sənəti min əməlin nəhəytəni ənhu və ləm tərdəhu, və nəsituhu və ləm tənsəhu, və dəəvtəni ilət-tövbəti bədə ictirai ələykə. Allahummə fəinni əstəğfirukə minhu fəğfir li, və ma əmiltu min əməlin yuqərribuni iləykə fəqbəlhu minni, və la təqtə rəcai minkə ya Kərim!"

Tərcüməsi:

"İlahi bu ildə məni çəkindirdiyin bir sıra əməllərim oldu ki sən ondan razı deyilsən, Mən o (pis) əməli unutdum amma sən unutmadın, Sənə qarşı cürət etdikdən sonra yenə məni tövbəyə çağırdın, İlahi mən o əmələ görə səndən əfv diləyirəm, İlahi sənə yaxınlaşdıran əməli məndən qəbul et!, Sənə olan ümidimi kəsmə ey kəramət sahibi!"

Məhərrəm ayının ilk gecəsi 2 rükətli namaz qılmaq müstəhəbdir. Namazın “məhərrəm ayının ilk gecəsinin namazı” niyyəti ilə qılınır və hər rükətdə “Fatihə”dən sonra 11 dəfə “İxlas” surəsi oxunur.

- İlk gecəni əhya saxlayıb ibadətdə keçirmək də müstəhəbdir. Bütün gecəni ayıq qala bilməyənlər bacardıqları qədər əhya saxlaya bilərlər.

- Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.

Məhərrəm ayının ilk günü iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur:

«اللّهم انت الاله القدیم و هذه سنةٌ جدیدةٌ فاسئلك فیها العصمة من الشیطان و القوَّة علی هذه النّفس الامّارة بالسُّوء»

Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu.

“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2024  19:20 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!