إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün səfər ayının iyirmisi "Ərbəin" günüdür

Bu gün Ərbəin günü qeyd edilir - Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si müsəlmanların üçüncü imamı həzrət İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

Ahlibeyt.az-ın məlumatına görə, bu gün səfər ayının 20-i "Ərbəin" günü ilə bağlı Kərbəlada böyük mərasim keçirilir. Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun mətbuat xidmətinin son məlumatına görə bu ilin Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların beş milyona qədəri xarici zəvvarlardır.

Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə)  buyurmuşdur - “Möminin beş əlaməti vardır:

1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. Sağ ələ üzük taxmaq;

3. Səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;

4. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;

5. “Ərbəin” gününə məxsus ziyarətnaməni ( Ərbəin Ziyarətnaməsi) oxumaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2022  09:00 Çap

Bu bölmədə


Xəbər lenti




29 Noyabr, 2022  12:35











© 2022 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!