|
• Mənəviyyat • MəhərrəmAşura gününün bəzi əməlləriİmam Rza(ə) buyurur: "Məhərrəm o aydır ki, cahilliyət dövrünün camaatı həmin ayda müharibə etməyi haram bilirdilər. Amma onlar bizim qanımızı halal bildilər, bizim hörmətimizi ayaq altına atdılar, balalarımızı və qadınlarımızı əsir etdilər, xeymələrimizə od vurdular, əşyalarını qarət edilər və Hz.Rəsuləllahın(s) bizim barəmizdə olan göstərişlərinə əməl etmədilər. İmam Hüseynin(ə) şəhadət günü bizim gözlərimizi ağlatdı və göz yaşlarımızı rəvan etdi. Əzizimizi Kərbəlada məhv etdi və bizi Qiyamətədək giriftarçılığa və bəlaya düçar etdi. Əgər kimsə ağlamaq istəsə, gərək İmam Hüseynə(ə) ağlasın. Çünki bu ağlamaq günahları bağışladar.Sonra dedi: Atam(İmam Museyi kazım) Məhərrəm ayı daxil olan zaman gülməyi tərk edərdi. Aşurayadək qəmlənərdi. Aşura günü isə hüzn, müsibət və ağlaşma günü olardı və buyurardı ki, bu gün Hüseyn(ə) qətlə yetirilib." Aşura – hicri təqvimin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Aşura ərəb dilindən tərcüməsi «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin onuncu günü (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və səhabələri ilə Kərbəla səhrasında faciəli surətdə şəhadətə yetirilmiş,qadın və uşaqlar əsir edilmişlər. Aşura gününün əməlləri: 1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim Aşura günü işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər". 2. İmam Hüseyni(ə) ziyarət etmək. 3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir. 4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək. 5. 1000 dəfə "İxlas" surəsini oxumaq. 6. "Aşura" ziyarətini oxumaq. 7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2025 11:14 ⁄ Çap
Bu bölmədə25 İyun, 2025 Məhərrəm ayı daxil olur - Günün əməlləri16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |