إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir

Rəbiul-əvvəl ayının 12-də Peyğəmbərin mübarək mövlud gününü qeyd edən bütün müsəlmanları təbrik edirik.

Həzrət Məhəmmədin doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - qəməri təqvimi ilə Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur. İslam Peyğəmbəri Həzrəti - Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb. Bu münasibətlə mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır.

“Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır.

Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır.Bu günlər səy göstərməliyik ki,"Vəhdət həftəsi" vastəsi ilə biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər təlimlərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.Müsəlmanlar vahid ümmətdir və müştərək dəyərlər müsəlmanların iftixarıdır.Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı və müsəlmanlar vahid bir ümmət kimi təşəkkül tapardılar.

Əhli-sünnə məzhəbi Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiül-əvvəl ayının 12-də qeyd edilir.Şiə məzhəbi alimləri fərqli rəvayətlərə əsaslanaraq, mövlud gününün rəbiül-əvvəl ayının 17-ə təsadüf etdiyini qeyd edirlər.

Bayramınız mübarək əziz müsəlmanlar

Ahlibeyt.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2023  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!