|
Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdürBu gün qəməri təqvimi ilə Rəbiüs-sani ayının 8-i imam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür. İmam Hadi (ə) buyurur: «Məndən sonra imam, doğrudan da, mənim övladım Həsən (ə), ondan sonra isə onun övladı Qaimdir. Qaim yer üzünü zülm bürüdükdən sonra onu ədalətlə doldurasıdır». Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi. Künyəsi: Əbu Muhəmməd. Atası: İmam Hadi (əleyhissalam). Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi. Doğulduğu gün: 8 Rəbiüs-sani. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 232-ci hicri ili. Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü. Şəhid olduğu il: 260-cı hicri ili. Ömrü: 28 il. Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir. Dəfn olunduğu yer: Samirra. Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam) İmam Həsən Əsgərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib. İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən zəhərlənərək şəhid edilib. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. Mübarək məzarı İraqın Samirra şəhərindədir. İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar: 1) Əl-Mötəzz Billah (252–255 h.q) 2) Əl-Mühtədi Billah (255–256 h.q) 3) Əl-Mötəmid (256–279 h.q). İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (ə) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması imam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur. İmam çətinliklə də olsa,İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir. Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir.İmamın fəliyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsi hətta bəzən özləri şikayətlənmədən İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq şiələrin maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı. İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir. İmam Həsən Əsgərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara peyğəmbər Əhli-beytinə layiq həyat sürmələrini diləyirik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2024 10:30 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri16 Sentyabr, 2024 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |