|
![]() ![]() İslam dininin Azərbaycana gəlişi barədə müxtəlif fikirlər və fərziyələr irəli sürülüb. Bəziləri İslamın bura qılınc vasitəsilə, bəziləri əhalinin könüllü olaraq ərəblərin ağalığına keçməsi barədə yazsalar da məsələ bir az fərqli olub. ![]() ![]() Əhli-Beyt(ə) məktəbinin Azərbaycana Şah İsmayılın dövründə gəlməsini iddia edənlər var. Ancaq bir çox tarixi mənbələr və Azərbaycanda qorunub saxlanılmış tarixi abidələr bunun tam əksini sübut edir. ![]() Xəlifələr İslami prinsiplərdən yayındıqca dövlət süquta uğrayırdı. Abbasilərin dövründə artıq xilafət pərakəndə şəkildə səpələnmiş müstəqil ölkələrdən ibarət idi. Xilafət formal olaraq mövcud olsa da və bütün dövlət başçıları xəlifə adından idarə etsələr də, faktiki olaraq nə xilafət var idi və də xəlifənin hakimiyyəti. Xilafət daha çox konfederasiyaya bənzəyirdi. ![]() İslam aləmi müxtəlif ölkələr parçalansa da ara-bir bəzi hakimlər bütün xilafət ərazilərini yenidən birləşdirmək istəyirdilər. Teymurləng buna nisbətən nail olsa da onun dövlətinin ömrü uzun olmadı. Lakin Osmanlı dövləti 1453-cü ildə Bizansa qələbə çalıb İstanbulu tutduqdan sonra Osmanlı İslam aləminin siyasi mərkəzinə çevirilməyə başladı. |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |