|
Allahşükür Paşazadə-ABŞ-da dinlərarası münasibətlərə gərginlik gətirilirQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-da dinlərarası münasibətlərə gərginlik gətirildiyini və İslam haqqında yanlış təsəvvür yaradıldığını bəyan edib. QMİ-dən APA-ya verilən məlumata görə, Vaşinqtonda keçirilən forumda çıxışı zamanı Allahşükür Paşazadə bildirib ki, bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Onun sözlərinə görə, terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur: “Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən İslamın müqəddəs hökmlərinə ziddir. Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər”. Şeyx deyib ki, Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir: “İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər. Zənnimcə, dünyada sülhün və əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması və ənənəvi dəyərlərin qorunması məsələsində din xadimlərinin səylərinin birləşdirilməsi olduqca önəmlidir. Biz bəşərin qlobal bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daima qoruyub saxlamalı, onu fəal şəkildə təşviq etməliyik”. QMİ sədri onu ada bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir: “Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməyib, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunub. Azərbaycanda müxtəlif dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq mühiti hökm sürür və biz ölkəmizdəki pravoslav icmasının başçısı Arxiyepiskop Aleksandr, yəhudi icmasının başçısı Melih Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete ilə, hər zaman olduğu kimi, bu gün də bir yerdəyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2014 10:58 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır6 Sentyabr, 2016 İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - Foto25 Fevral, 2015 Eyni qibləyə ibadət edənlərin davası13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |