|
İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - FotoAvqustun 5-də yüzlərlə azərbaycanlı zəvvarların iştirakı ilə möhtəşəm mərasim keçirilib – mərasimin sonunda İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə xüsusi minnatdarlıqlarını bildirərək ilahiyyatçıya “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim olunmuşdur. Ahlibeyt.az-ın məlumatına görə, tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli və onu müşaiyət edən zəvvar karvanı Məşhəd şəhərində İmam Rza(ə)ın müqəddəs hərəmində möhətəşəm mərasim keçirilib. Mərasim zamanı İmam Rza (ə)hərəminin rəhbərliyi Azərbaycanın tanınməş ilahiyyatçı alimi Hacı Şahin Həsənliyə və azərbaycanlı zəvvarlara müqəddəs hərəm daxilində mərasim keçirilməsi üçün şərait yaratmışlar. Yüzlərlə azərbaycanlı zəvvarın iştirak etdiyi mərasimdə hərəmin xarici zəvvarlarla iş üzrə Azərbaycan üzrə nümayəndəsi höccətul-islam Emin Hacıyev zəvvarları salamlayaraq İmam Rza(ə)ın ziyarətinin fəzilətlərinə toxunmuşdur. Din alimi Hacı Şahin Həsənliyə müqəddəs hərəm rəhbərliyin,həmçinin özünün xüsusi təşəkkürünü bildirərək qeyd etmişdir ki, İlahiyyatçı Hacı Şahin Həsənlinin Azərbaycanda dinin düzgün təbliğinə və xüsusən Əhlibeyt(ə) məktəbinin tanındərılmasında müstəsna zəhməti var. Sonra E.Hacıyev mərasimin davam etdirilməsi üçün sğzü ilahiyyatçı alim Hacı Şahin Həsənliyə vermişdir. Hacı Şahin Həsənli xütbə oxuyaraq İslamda vilayət mövzusuna toxunub. O qeyd etmişdir ki, Qərb ölkələrinin dəstəyi ilə yaradılmış müxtəlif cərəyanların müsəlmanların müqəddəs məkanlarına təcavüzü İslamın özünə qarşı təcavüzdü və bu hədəflər arasında müsəlmanlarən ehtiram etdiyi və müqəddəsliyi qorunan şəxslər xüsusi yer alır. Çünki, islam müqəddəsatı taptalanarsa, dinimiz cansiz bir bədənə bənzəyər. Bu vasitəylə radikal cərəyanlar həm İslamı dünyaya təhlükə mənbəyi kimi göstərir həmdə müsəlmanlar arasında təfriqə salırlar. İlahiyyatçı məşur arif və alimləri kəramət mərifət və əxlaqından söz açaraq bildirdi ki, imam Rzanı(ə)şəxsiyyətini,onun mənəvi məqamlarını bütövlükdə tanitdirmaq qeyri mümkündür. Lakin qeyd olunan böyük şəxsiyyətləri gördükdən sonra təsəvvür etmək olar ki, onların ustadları necə bir şəxsiyyətdir. Xütbənin davamında, imam Rzanın (ə) ziyarıti və kəraməti barədə bəhs edən din alimi nəfsin islahı uca insani məqama yetişmək üçün imamdan(ə) yardımın istənilməsi tövsiyyə etdi. Daha sonra söz alan Əhli-beyt məddahı roize və mərsiyyə oxuyaraq mərasimi davam etdirdi. Mərasimin sonunda Müqəddəs hərəmin rəhbərliyi Hacı Şahin Həsənliyə və azərbaycanlı zəvvarlara təşəkkürünü bildirərək ilahiyyatçıya “İmam Rza hərəminin xidətçisi” fəxri nişanını təqdim etdilər. Rəhbərlik nümayəndəsi qeyd etdi ki, Hacı Şahin Həsənli hərəmdə birbaşa xidmət göstərmədə əhli beytə böyük xidmət göstərir. Daha sonra hacə şahin Həsənli bir daha yerli mətbuata musahibə verdi. Məclis camaat namazı ilə sona çatdı. Ahlibeyt.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2016 06:52 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır25 Fevral, 2015 Eyni qibləyə ibadət edənlərin davası13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |