|
Sabah Azərbaycanda “Ərbəin” günü ilə bağlı mərasimlər keçiriləcək
Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan müsəlmanlarına İmam Hüseyn (ə) təziyəsi ilə bağlı başsağlığı verib. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək. Mərasimlər paytaxtın "Məşədi Dadaş", "İmam Hüseyn", "Xanım Zəhra", "Hacı Cavad", "Hacı Soltanəli", "Qasımbəy",Hüseyniyyə"və digər məscid və ziyarətgahlarında, o cümlədən Bakı kəndlərinin əksər məscidlərində keçiriləcək. Mərasimlərdə “Ərbəin” günü ilə bağlı məlumatlar veriləcək,əzadarlıq keçiriləcək. Qeyd edək ki,Paytaxtda və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək mərasimlərdə Kərbəla hadisələrinin tarixi mahiyyəti, Vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq. Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2014 17:51 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır6 Sentyabr, 2016 İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - Foto25 Fevral, 2015 Eyni qibləyə ibadət edənlərin davası13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |