|
Azərbaycan seyyidləriSovetlərin bütün cəhdlərinə baxmayaraq seyyidlərə ehtiram xalqımızı dinə bağlı saxlayırdı Tam qətiyyətlə demək olar ki, sovetlərin bütün cəhdlərinə rəğmən Azərbaycan xalqı iki səbəbdən öz dini etiqadlarını qoruya bilmişdir. Birincisi, imamzadələrin ziyarətgahları, ikincisi isə seyyidlərə ehtiram. Hətta Allahın adını zikr etdiyinə görə uşaqların məktəblərdən qovulduğu, məmurların işdən çıxarıldığı dövrlərdə insanlar orucluq və Məhərrəm ayında toy etməzdilər. Evlərində İmam Hüseynə(ə) yas saxlayardılar. Camaat meşələrə, dağlara qaçır orada gizlin əzadarlıq edərdilər. Hətta Qədir Xum bayramında seyyidlərin ziyarətinə gedər və, onlardan hədiyyələr alardılar. İndi də bəzi bölgələrdə Qədir Xum bayramı təhrif olunub “seyyidlər bayramı” kimi qeyd olunur. Peyğəmbər(s) nəslindən olan seyyidlər əhali arasında İslamın qorunub saxlanmasına xidmət edirdilər. Onlardan çoxlu sayda kəramətlər də nəql olunur. Hazırda yaşayan nəsil də həmin kəramətlərin şahidləri olublar. Həmçinin ziyarətgahlar dağıdılsa da əhali həmin yerləri yadda saxlayır oranın ehtiramını qoruyurdular. Məsələn, Bibi-Heybət ziyarətgahı erməni və ruslar tərəfindən 1934-cü ildə yerlə yeksan edildikdən sonra buradan yol çəkildi. Müsəlmanlar heç zaman həmin yolla getmirdilər ki, İmam Rzanın(ə) bacısı və qardaşı uşaqlarının məzarları orada yerləşirdi. Azərbaycan və Dağıstan müsəlmanlarının hətta xristianların belə ziyarətinə gəldiyi məhşur seyyidlərdən biri Mir Mövsüm Ağadır. Xalq arasında həmçinin Ətağa kimi tanınan bu seyyidin əsl adı Seyidəli Mirabutalıb oğlu Mirmövsümzadədir. Onun soyu İmam Müseyi-Kazimdən(ə) başlayır. Onun babası XIX əsrin sonlarında Bakıya Kərbəladan köçmüşdü. Bu ailə dövrünün sayılıb-seçilən ruhani və ziyalı ailələrindən idi. Mirmövsüm Ağa isə 1883-cü ildə köhnə Bakıda yəni İçərişəhərdə dünyaya gəlib. O uşaqlıqdan iflic idi. Ancaq minlərlə insan onun duaları nəticəsində şəfa tapırdılar, hacətlərini Allahdan alırdılar. Onun yaşadığı müddət ziyalılar, alimlər, hökumət rəhbərləri onu aşkarda və gizlində ziyarət edərdilər. Xüsusən sovet dönəmində ki, din yasaqlanmışdı, Mircəfər Bağırov – Azərbaycanın o zamankı kommunist rəhbəri - Mirmövsüm Ağanın ehtiramını qoruyardı. Söyləyirlər ki, sovetlər onu həbs edib təcridxanaya salmaq istəyəndə Mirmövsüm Ağanın dalınca gələn heç bir maşın işləmədi və onu həbs etmək fikrindən yayındılar. O vəfat edəndən sonra onun məsciddə yuyulmasına imkan verməmişdilər. Bütün təzyiqlərə baxmayaraq Ağanın yasına minlərlə insan gəlmişdi və dövlət bunun qarşısını ala bilməmişdi. Hətta Ağanın cənazəsini Binədən Şüvəlana qədər əl üstə aparmışdılar. Bu sovetlər dövründə ağlasığmaz bir hərəkət idi ki, seyyidlərə məhəbbət bu xalqı kommunistlərin siyasətinə qarşı çıxmağa vadar edirdi. Mircəfər Bağırov isə 50-ci illərdə Mirmövsüm Ağanın qəbrini dağıtmaq istəyənlərə mane olmuşdu. Deyilənlərə görə, özü səfərə çıxarkən Ağanın cəddinə nəzir ayırardı. Digər maraqlı ocaqlarımızdan biri də cənubda yerləşən Ərçivan kəndindəki Məhəmməd Hənəfiyə məscididir. Xalqın inancına əsasən, bu məscidin bünövrəsi qeybdən qoyulub və bu ziyarətgahı Məhəmməd Hənəfiyə və İmam Müseyi Kazimin(ə) nəvəsi Şeyx Zənd Gilani ilə əlaqələndirirlər. Maraqlısı odur ki, Şah İsmayıl Xətai bu məscidi ziyarət etdikdən sonra fatehlik fəaliyyətinə başlamışdır. 1917-ci ildə məscid kommunistlər tərəfindən yandırılsa da, 80-cı illərdə bərpa olunmuşdur. 1937-1939-cu illərdə bir çox seyyidlər “Dini təbliğ edənlər” və “Şuranın düşmənləri” adı ilə sürgün olunurdular. Onlar Sibirə, Orta Asiyaya köçürülürdülər. Buna baxmayaraq məhz onların sayəsində həmin ərazilərdə yaşayan yerli insanlar haqqa hidayət olunurdular. Digər acınacaqlı durum Qərbi Azərbaycanla, yəni hazırkı Ermənistan ərazisində yerləşən müqəddsə yerlərlə bağlıdır. İndi Yerevan kimi tanınan qədim İrəvan şəhəri azərbaycanlı şiə alimlərinin vətəni olub. Bu ərazilər ermənilərin əlinə keçdikdən sonra oradan azərbaycanlılar köçürülmüş onların müqəddəs məkanları dağıdılmış və ya məsihi məbədlərinə çevrilmişdir. “Dəmirov piri”, “Allah evi”, “Ərgəz piri” və s. bu cür ziyarətgahlardandır. Burada yaşayan çoxlu sayda seyyidlər də sürgünə məruz qalmışdılar. Onların arasında böyük kəramət sahibləri olub ki, ən ağır illərdə xalqın inancını qoruyub saxlayardılar. Yerli əhali ya indiki Azərbaycan ərazisinə köçürülür, ya da Türkiyə, İran və İraqa qaçırdılar. Sibir və Orta Asiyada sürgündə yaşayan seyyid və fəqihlər insanlıarı dinə dəvət edirdilər. Burada insanlar, istər ruslar istərsə də qeyriləri İslamı qəbul edirdilər, şiəliyə yönəlirdilər. Hətta İkinci Dünya müharibəsində vuruşan əsgərlərimiz seyyidlərin və alimlərin müharibə zamanı göstərdikləri kəramətlərdən çoxlu sayda maraqlı rəvayətlər nəql edirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2010 01:40 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır6 Sentyabr, 2016 İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - Foto25 Fevral, 2015 Eyni qibləyə ibadət edənlərin davası13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |