|
Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir hədisdə bacısı Həzrət Məsumənin (s.ə) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur: مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى İmam Rzanın (ə) bacısı və İmam Məhəmməd Təqinin (Cavad) (ə) bibisi olan Xanım Məsumə 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açıb. Atası yeddinci İmamımız Museyi Kazimdır(ə). Anası Nəcmə xatundur. Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür . Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi Əhli-beyt" kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib. Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. ("Ənvarul-muşəşəəyn", cild 1, sə. 211) Yeddinci əsrin əhli - sünnə alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: – Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilib. İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266) “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilib. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunub. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunduğu qeyd edilir. Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər. Kərbəla qəhrəmanı Xanım Zeynəb (s.ə), qardaşı İmam Hüseynin (ə) haqqını müdafiə etdiyi kimi, bu xanım da qardaşı İmam Rzanın (ə) Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi. Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsuməni (s.ə) zəhərləyirlər. Hər-halda o, ya qəm-qüssədən, və ya zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savə məntəqəsindən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu: "Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir". Xanım Qum şəhərinə daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır və 10 gün keçdikdən sonra əbədiyyətə qovuşur. Rəvayətlərə görə, Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rzanı (ə) görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir. Qəbrı hal hazırda Qum şəhərində ziyarətgahına çevrilmışdır. İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”. Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, əbədiyyətə qovuşur. Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına bu günkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır. Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs məzarı üstündə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir. 265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2024 09:30 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri16 Sentyabr, 2024 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |