|
QƏDR gecələri üçün xüsusi hacət namazıQədr gecələri qılınması tövsiyyə olunan hacət (İstiğfar) namazı. Qeyd olunan namaz 6-cı hicri-qəməri əsrinin tanınmış din alimi Həsən ibn Fəzl Təbərsi özünün məşhur "Məkarimul-Əxlaq" (s.328) kitabında Həzrət Peyğəmbərdən (s) nəql edib. Peyğəmbər (s) həmin hədisdə buyurur ki, dolanışığızda və ya hər hansı bir işinizdə çətinliklə üzləşdikdə "istiğfar namazı"ını qılın. İnşaallah, Allah işlərinizi islah edər. Bu namaz eyni ilə Sübh namazı kimi iki rəkətdir və aşağıdakı kimi qılınır: Niyyət: "İstiğfar namazı qılıram qürbətən iləllah". 1-ci rəkətdə Həmddən sonra Qədr surəsi oxunur və onun ardınca 15 dəfə: "Əstəğfirullahə rəbbi və ətubu iləyh" zikri deyilir. 2-ci rəkətdə Həmddən sonra Tövhid (Qulhuvəllah) surəsi oxunur və onun ardınca 15 dəfə: "Əstəğfirullahə rəbbi və ətubu iləyh" zikri deyilir. Rüku zikri: Hər iki rəkətin rükusunda 10 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" deyilir. - Rükudan qalxdıqdan və səcdəyə getməmişdən öncə ayaq üstə yenə də 10 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" deyilir. Səcdə zikri: Hər iki rəkətin səcdəsində 10 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" deyilir. - Birinci səcdədən sonra, yəni iki səcdənin arasında və ikinci səcədədən sonra oturaq halda yenə də 10 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" deyilir. - İkinci rəkətdə ikinci səcədədən sonra deyilən 10 "istiğfar" zikrindən sonra təşəhhüd və salam deyilirək namaz tamamlanır. - Hər iki rəkətdə rüku və səcdə zikrləri eyni şəkildə təkrarlanır. Beləliklə iki rəkət namazda 150 dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" zikri deyilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2024 12:55 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |