إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam ehtimal olunan ikinci "Qədr gecəsi" daxil olur

Bu gecə 10 mart məğrib(şam) azanından sonra Ramazan ayının ehtimal olunan ikinci "Qədr Gecəsi"daxil olur.

Qədr gecəsində yerinə yetirilməsi tövsiyyə olunan əməllərdən bəzilərini nəzərinizə çatdırırıq:

- Qədr gecəsində müəyyən miqdar sədəqə çıxarılması və ya ayrılması xüsusi tövsiyyə olunan əməllərdəndir.

Bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

- Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır.

- Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul   olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.»

- Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm...

"Qədr Gecəsi"nin müştərək əməlləri, dua və ziyarətləri ilə saytımızın müvafiq Ramazan ayı bölümündən tanış ola bilersiniz.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2026  10:00 Çap

Bu bölmədə


© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!