|
• Mənəviyyat • FatimiyyəBu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günüdürHəzrəti Məhəmməd (s) buyurur: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə Allah onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər. Xanım Fatimə (s.ə) besətin 5-ci ilində qəməri təqvimi ilə cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir. Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir. «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. Kövsər"surəsində həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik»(Kövsər ayə 1) Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Həzrəti Məhəmməd (s) kövsərinin bir nümunəsi Zəhradır (s). İlahi vilayətin davamı onun vasitəsi ilə gerçəkləşmiş,İmam Əli və xanım Fatimənin pak ailəsinin davamı olaraq on bir imam dünyaya gəlmiş, onların bərəkət və rəhməti aləmlərə nur saçmışdır. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin başqa bir mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir. Kövsər, yənin mənim(yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim. Allah belə bir Kövsəri qadın timsalında yaradıb,təzahür etdirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır. Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi». Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Yanvar, 2024 10:00 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |