|
• Mənəviyyat • FatimiyyəBu gün tövsiyyə olunan namaz və Xanım Zəhranın(s.ə.) xüsusi ziyarətnaməsiRəvayatlərə görə, İslam peyğəmbərinin(s) əziz qızı xanım Fatimeyi-Zəhra(s.ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də Mədinədə dünyasını dəyişmişdir. Bu gün qəməri təqvimi ilə Cəmadiul-əvvəl ayının 13-cü günü daxil olur.
Dua kitablarında bu gün Xanım Fatimeyi-Zəhraya(s.ə) məxsus ziyarətnamənin oxunması tövsiyə olunur.
Mötəbər rəvayətdə göstərilir ki, hər kəs xanım Fatiməni (s.ə.) qeyd olunan ziyarətnamə ilə yad edərək Allah-Taaladan bağışlanmaq diləsə, Allah-Taala onun günahlarını bağışlayar və onu cənnət əhlindən qərar verər:
السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا
Əssəlamu ələyki ya səyyidətə nisail-aləmin. Əssəlamu ələyki ya validətəl hucəci ələn-nasi əcməin. Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha.
“Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!”
Sonra de:
اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ
Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfə ibadikəl mukərrəminə min əhlis-səmavati və əhlil ərəzin.
“İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!”
Şeyx Abbas Qummi qeyd edir: Seyid ibn Tavus “Zəvaidul-fəvaid” kitabında bu ziyarətnamənin xanım Fatimey-Zəhranın (s.ə.) şəhadət gününə məxsus olduğunu əlavə etmiş və həmin kitabda o həzrəti ziyarət etməyin qaydası belə göstərilmişdir:
“Əvvəlcə ya iki rükət ziyarət namazı və ya xanım Fatimeyi-Zəhraya (s.ə.) məxsus namaz qılınır. (O xanıma məxsus namaz iki rükətdir və hər rükətdə “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsi tilavət olunur. Əgər bunun yerinə yetirlməsi çətin olarsa, birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İxlas” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra bir dəfə “Kafirun” surəsi tilavət olunur.
Namazdan sonra isə ziyarətnamənin oxunması tövsiyə olunur:
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Cəmadius-sani” ayının əməlləri” bölümü)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Noyabr, 2023 10:25 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |