إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə Ay tutulması müşahidə ediləcək - Ayət namazının qılınma qaydası

Bu gecə - 7 sentyabr cari ilin ikinci və son Ay tutulması olacaq. Bu tutulma tam Ay tutulmasıdır.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının məlumatında bildirilib.

Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismənyarımkölgəli tutulma müşahidə olunacaq.

Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan “Qanlı Ay”ı  saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.

Qeyd edək ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.

Ayət namazının qılınma qaydası

Ayat namazı iki rükətdir, hər rükətində beş rüku vardır:

Niyyətdən sonra təkbir (Allahu Əkbər) demək, bir dəfə Həmd surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bu eyni ilə beş dəfə təkrarlanmalıdır. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də eyni ilə birinci rükət kimi yerinə yetirmək, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır.

Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki, onlar barədə məlumat almaq istəyənlər bu barədə qeyd olunan digər mənbələrə müraciət edə bilərlər.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2025  11:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!