|
• Mənəviyyat • Qədir-Xum“Qədir Xum” - Günün əməlləri"Qədir-Xum" qəməri təqvimi ilə hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart - bu il 25 iyun tarixinə təsadüf edir) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm vahəsində baş vermiş məşhur hadisənin adıdır. "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." (Maidə-3) Allahın bütün peyğəmbərləri bu günü bayram etmiş və xüsusi ehtiramını saxlamışlar,Bu gün hz Məhəmməd(s) son vida həccindən geri dönərkən Həcc karvanını saxlamış və Qədir Xum adlanan məntəqədə müsəlmanlara xitab edərək - “Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz! və Həzrət Əli(ə)ni xilafətin davamçısı elan etmiş və buyurmuşdur: Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et! Həsən bin Raşid nəql edir ki, Hz.İmam Sadiqdən(ə) Qədir Xum günü barədə soruşdum. Cavab verdi ki, Qədir Xum günü Qurban və Fitr bayramı günlərindən üstündür. Həmin günü oruc tutun və çoxlu salavat zikr edin. Bayram gününün xüsusi əməlləri: - Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir); - Bayram gününün qüslünü almaq; - «Nüdbə» duasını oxumaq; - Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq; - Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq; - 2 rükətli namaz qılmaq. Birincü rükətdə «Həmd»dən sonra “Qədr surəsini, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın. Namazı bitirdikdən sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib, səcdədən qalxıb “Məfatihul-cinan”da (Zil-Həccə ayının on yeddinci gecəsi bölməsi) göstərilən məxsusi duanı oxumaq. Sonra səcdəyə gedib, 100 dəfə “əlhəmdulilləh”, 100 dəfə də “şukranlillah” desin. - Möminlərlə görüşəndə aşağıdakı zikri demək: الحمد لله الذي جعلنا من المتمسکین بولایت اميرالمومنين و الائمه عليهم السلام “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”). - Sədəqə vermək; - Sileyi-rəhim etmək - yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir; - Yeni libas geyinmək; - 2 rükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətəl-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur; - Məsumlara (s) salavat göndərmək. İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb. Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq çox bəyənilən işdir. Bu duanı 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”). Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar. Qədir-Xüm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər. Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xüm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar. İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir). Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir. Təsadüfi deyil ki, xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2024 10:50 ⁄ Çap
Bu bölmədə25 İyun, 2024 Qədir-Xum bayramınız mübarək 2 Oktyabr, 2015 "Qədir-Xum" Bayramınız Mübarək!25 Noyabr, 2010 Dinin kamalı25 Noyabr, 2010 Əmanətə xəyanət25 Noyabr, 2010 Qardaşlıq əqdi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |