|
• Mənəviyyat • Qədir-XumDinin kamalı"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." Maidə surəsi, ayə 3. Hicrətin 10-cu ili Ərəbistanın bütün tayfa və qəbilələrinə xəbər yayıldı ki, Rəsulallah(s) Həcc ziyarətinə gedir. Müqəddəs Həcc mərasimini Rəsuləllah(s) ilə birgə yerinə yetirmək üçün toplananların sayı 100 minə yaxın idi. Həcc əməllərini bitirdikdən sonra Rəsulallah(s) Mədinəyə dönməyə hazırlaşdı. Lakin yolda Cöhfə məntəqəsinin yaxınlığında yerləşən Qədir-Xum adlı bir yerdə Cəbrail(ə) nazil olub Peyğəmbərə(ə) Təbliğ ayəsini gətirdi: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risaləti yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (“Maidə” surəsi, ayə 67).
Görəsən bu hansı bir tapşırıq idi ki, Peyğəmbər(s) onu yerinə yetirməsəydi risaləti boşa çıxmış olardı? Dəfələrlə təkarladığı və hamının əzbər bildiyi şəriət qaydalarımı? Bəlkə, 23 il təbliğ etdiyi Allahın təkliyi və ya Qiyamətin gələcəyi? Və bu məsələlərin təbliği ilə Peyğəmbərin qorunmasının nə əlaqasi ola bilər? Peyğəmbərin(s) söyləyəcəyi məsələ o qədər mühüm olmalı idi ki, Qədir-Xumda qızmar günəş altında dayanıb hacılara bildirsin. Hacılar Cöhfədə(Qədir-Xumda) ayrılır, hərə öz vətəninə dönürüdü. Həmin məkanı ötüb keçmiş səhabələr Peyğəmbərin(s) əmrilə geri döndülər, arxada qalanlar da gəlib çatdılar. Peyğəmbərin(s) söyləyəcəyi söz müsəlmanların gündə eşitdiyi sadə bir şəri məsələ deyildi.
Zöhr azanı verildi, hamı səbirsizliklə Peyğəmbərin(s) nə deyəcəyini gözləyirdi. Allahın elçisi(s) namazı camaatla qıldıqdan sonra dəvələrin palanından düzəldilmiş hündür bir minbərə qalxıb uca səslə xütbəsinə başladı: Xütbəsinin sonunda Rəsuləllah(s) Həzrət Əlinin(ə) əlini tutub göyə elə qaldırdı ki, hamı onu görüb tanısın. Bu vaxt Rəsulallah(s) soruşdu: “Ey camaat kimdir ki, möminlərin özlərindən daha üstün olsun?” Camaat cavab verdi: “Allah və Onun Rəsulu daha yaxşı bilər”. Həzrət(s) buyurdu: “Həqiqətən Allah mənim mövlamdır mən isə möminlərin mövlasıyam və onlara onların özlərindən də üstünəm. Elə isə hər kəsin mövlasıyamsa, Əli onun mövlası olacaq”. Peyğəmbər(s) bu sözü dörd dəfə təkrar etdi və əllərini qaldırıb dua etdi: “İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol. Ona yardım edənlərə yardım et və onu xar etmək istəyənləri xar et. Onu haqqın meyarı, mizanı və mehvəri təyin et!” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2010 19:31 ⁄ Çap
Bu bölmədə25 İyun, 2024 Qədir-Xum bayramınız mübarək 24 İyun, 2024 “Qədir Xum” - Günün əməlləri2 Oktyabr, 2015 "Qədir-Xum" Bayramınız Mübarək!25 Noyabr, 2010 Əmanətə xəyanət25 Noyabr, 2010 Qardaşlıq əqdi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |