|
• Mənəviyyat • Qədir-XumƏmanətə xəyanətÜmmət Peyğəmbərin(s) vəsiyyətini unutdu Peyğəmbərin(s) vəfatından sonra bir iddə səhabə Allahın təyin etdiyi İmama qarşı çıxıb xilafəti qəsb etdilər. Müsəlmanların əksəriyyəti isə, Peyğəmbərin(s) əmanətini qorumağa heç etiraz da etmədilər. Müsəlmanların bu süstlüyü Həzrət Fatimənin(s.ə) qanının tökülməsinə səbəb oldu. Müsəlmanların bu süstlüyü Əhli-Beytə(s) və hətta Peyğəmbərin(s) özünə iftira yaxan hədislərin peyda olmasına səbəb oldu. Nəhayət, haqqın düşmənləri Quranı belə məna baxımından təhrif etməyə çalışdılar. Peyğəmbərin(s) qorxduğu da elə bu idi. İş o yerə çatdı ki, xəlifələr Peyğəmbərin(s) ismətini şübhə altına qoydular. Həzrətə(s) yaraşmayan hədisləri insanların dilinə saldılar. Əliyə, Fatiməyə, Həsənə və Hüseynə(ə) minbərlərdən lənət oxutdurdular. Görkəmli Əhli-Sünnət alimi Ibn Həcər "Lisanul Mizan" da deyir: "Bəzi alimlərimiz Əhli-Beyt(ə) tərəfdarlarını sıxışdırmaq üçün o qədər ifrata varıblar ki, hətta Həzrət Əlinin(ə) fəzilətlərini zay ediblər." Qədir-Xum kimi hadisəni belə yaddaşlardan silmək istədilər, müsəlmanların gözü ilə gürdüyünü onların özlərinə inkar etdirdilər. Vahhabi alimi Albani "Sisilətus Səhihil Əhadus" (Səhih hədislərin silsiləsi) kitabında Qədir-Xum hədisinin mənbə və məntiqinin həqiqi düzgün olmasını sübut edib və bu hədisə etiraz edənlər hədisi araşdırmadıqlarını bəyan edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2010 19:17 ⁄ Çap
Bu bölmədə25 İyun, 2024 Qədir-Xum bayramınız mübarək 24 İyun, 2024 “Qədir Xum” - Günün əməlləri2 Oktyabr, 2015 "Qədir-Xum" Bayramınız Mübarək!25 Noyabr, 2010 Dinin kamalı25 Noyabr, 2010 Qardaşlıq əqdi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |