إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycana İslamın gəlişi

Sasani imperiyası ərazisində ilk məscid kimi tanınan Tanrıxana (hazırda

İslam dininin Azərbaycana gəlişi barədə müxtəlif fikirlər və fərziyələr irəli sürülüb. Bəziləri İslamın bura qılınc vasitəsilə, bəziləri əhalinin könüllü olaraq ərəblərin ağalığına keçməsi barədə yazsalar da məsələ bir az fərqli olub.


Əziz Peyğəmbərimiz(s) zühur edəndə Azərbaycan Sasani imperiyasının tərkibində idi. O zaman Aəzrbaycan Araz çayından cənubda yerləşən ərazilərə deyilirdi. Şimal hissə yəni hazırkı Azərbaycan Respublikasının ərazisi Arran adlanırdı. Arran yarımmüstəqil, əsasən xristianların yaşadığı bir ərazi, Azərbaycan isə imperiyanın digər bölgələri kimi zərdüştiliyin geniş yayıldığı ərazi olub. Hətta Azərbaycan Zərdüşt dinin mərkəzi sayılırdı. Bütün İran imperiyası Sasani şahənşahlarının zülmündən və Xəzər və Bizans dövlətləri ilə müharibələrdən iqtisadi və mədəni tənəzzülə uğramışdı. Belə bir durumda ilk olaraq Allahın elçisi Sasani şahənşahına məktub yazaraq onu İslam dininə dəvət edir. Bu cür davranışdan qəzəblənən şah məktubu cırır və dəvəti rədd edir.

Həmin zamanın qüdrətli hakimlərinə məktub yazıb dinə dəvət etməklə yanaşı, Həzrət Peyğəmbər(s) müxtəlif bölgərə təbliğatçılar göndərirdi. Beləliklə, Sasani imperiyasının müstəmləkələrindən biri olan Yəmənə Həzrət Peyğəmbər(s) İslam dinin təbliği üçün Həzrət Əlini(ə) göndərir və yəmənlilər İslamı qəbul edirlər. İlk dəfə iranlı və azərbaycanlılar İslam dini ilə yaxından  məhz yəmənlilər vasitəsilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta İran və Azərbaycan əhalisinin bir hissəsi ərəb işğalından öncə İslamı qəbul etmişdi.

Eyni imperiyanın tərkibində olan İranla Azərbaycanın tarixi və mədəni bağlılığını nəzərə alsaq, iki ölkədən birində baş verənlər birbaşa digərinə də təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu Bəkrin dövründə qarşılaşırlar. Bu qarşıdurma da hətta nisbətən müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə müsəlman qoşunlarına belə əmr etmişdi:” İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.” Xəlifə Ömərin dövründə Sasani İmperiyası məğlub oldu və Azərbaycan digər bölgələr kimi də müsəlmanların tabeçiliyinə keçdi.

Demək olmaz ki, bu fəthdən əhali əziyyət çəkdi. Çünki ərəblər əhalinin əmlakını əllərindən almır, onları İslamı qəbul etməyə məcbur etmirdilər. Bütün bunlarla yanaşı yerli adət-ənənələrə hörmətlə yanaşılırdı. Elə bu səbədəndir ki, Azərbaycan xalqı İslamdan öncəki  adət-ənənələrini bu günə kimi qoruyub saxlayıb. Əhalinin digər hüquqları da pozulmurdu. Əlbəttə müasir meyarlarla yanaşsaq islamlaşma prosesində nöqsan tapmaq olar ancaq unutmayaq ki, bu hadisələr dünyanın cəhalətə mürtəkib olduğu orta əsrlərin əvvəllərində baş verirdi. Həmin dövrün meyarları ilə müsəlmanlar fəth olunmuş xalqıların hüquqlarını qoruyurdu. Bu isə imperiya siyasətindən və sonsuz müharibələrdən bezmiş əhali üçün olduqca mühüm idi və onlar könüllü olaraq xilafətin tabeçiliyinə keçirdi. Bu işdə artıq öncədən Azərbaycan və İran ərazilərində müsəlmanların olması və yerli camaatın İslam dinin gözəlliyi ilə tanış olduğu təsir göstərmişdi. Azərbaycan qısa bir zamanda tamamilə müsəlmanlaşdı. Arran ərazisi xristian olaraq qalırdı və xilafətin tərkibinə yalnız xəlifə Osmanın dövründə daxil oldu. Artıq Həzrət Əlinin(ə) dövründə Azərbaycanın əksəriyyəti müsəlman olmuşdu. Buna baxmayaraq Girdman əmirliyi xrisitian olaraq qalırdı. Sonralar İslam hakimiyyəti altında Arran və Azərbaycan vahid vilayətə birləşdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2010  01:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!