إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT Hindistanın Cammu və Kəşmirdə insan hüquqlarını pozmasına etiraz edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilatın Ciddədəki baş qərargahında keçirilən fotosərgidən əvvəl etdiyi çıxışda Hindistanın işğal etdiyi Cammu və Kəşmirdə insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması ilə bağlı etirazını bildirib.

Ahlibeyt.az-ın xəbərinə görə, AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş katib, həmçinin Pakistan İslam Respublikasının İƏT yanında Daimi Nümayəndəliyi tərəfindən “Kəşmirlə Həmrəylik Günü” münasibətilə təşkil olunan tədbirə İƏT-in ev sahibliyi etməsindən məmnun olduğunu bildirib. O, əmin edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, İƏT Kəşmir məsələsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində fəaliyyətini davam etdirəcək. Baş katib Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququnu bir daha vurğulayıb və BMT-nin müvafiq qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Hissein Brahim Taha xatırladıb ki, ötən ilin martında Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyası zamanı Şura Hindistanı 2019-cu il avqustun 5-də və ya ondan sonra görülən bütün qeyri-qanuni və birtərəfli tədbirləri geri götürməyə və dayandırmağa çağırıb. O əlavə edib ki, Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə kobud, sistematik və geniş yayılmış insan hüquqları pozuntuları dərhal aradan qaldırılmalı, həmin ərazilərə səfər etmək üçün BMT-nin xüsusi prosedurlarına əməl olunmalı, beynəlxalq mediaya və müstəqil müşahidəçilərə məhdudiyyətsiz giriş imkanı yaradılmalıdır.

Baş katib çıxışının sonunda qeyd edib ki, “İƏT Kəşmir xalqının hüquq və istəklərinə hörmət edən dinc və ədalətli həll yolunu tapmaq üçün bütün maraqlı tərəflərlə işləməyə tam sadiqdir”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2024  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!