|
• DünyadaICESCO üzv ölkələri Təhlükəsiz Məktəb Bəyannaməsini dəstəkləməyə çağırıbİslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Qətər Dövləti tərəfindən sentyabrın 9-da UNESCO-nun mənzil-qərargahında yüksək səviyyəli iclas zamanı təqdim edilən Təhlükəsiz Məktəb Bəyannaməsinə dəstəyini ifadə edib. Təşkilat Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Gününün üçüncü ildönümünün qeyd edilməsi münasibətilə üzv dövlətləri bu bəyannaməni dəstəkləməyə və beynəlxalq hüquq və müqavilələrin müddəalarına, habelə təhsilin qorunmasına dair beynəlxalq humanitar hüququn müddəalarına əməl etməyə çağırıb. Ahlibeyt.az-ın xəbərinə görə, ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Bəyannamədə yer almış təhsil müəssisələrinin etibarlı mühafizəsi, onların münaqişə bölgələrində hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, pozuntuların monitorinqi, məsul şəxslərin məsuliyyətə cəlb olunmasının təmin edilməsi, məktəblərdə müəllim və təhsil işçilərinə fövqəladə hallarda necə davranmaq barədə təlim keçirilməsi, münaqişə zonalarında müstəsna təhsil proqramları hazırlamaq üçün fəaliyyət planlarının tərtib olunması yüksək qiymətləndirilib. Bu təşəbbüsə dəstəyini ifadə edən ISESCO bəyan edib ki, təhsil sistemlərini inkişaf etdirmək və fayda əldə etmək üçün üzv dövlətlərlə əməkdaşlıq şəraitində hamı üçün inklüziv, bərabər təhsil hüququnu təmin etməyə çalışan yeni baxış və strateji istiqamətlərin müəyyən olunması, bu baxımdan müasir texnologiyanın imkanlarından səmərəli istifadə mühüm amillərdir. Savadsızlığın aradan qaldırılması, məktəbdən yayınma halları ilə mübarizə, təhsil itkilərinin azaldılması və tələbələrin qlobal texnoloji inkişaflar və sabahın peşələrinin tələbləri ilə ayaqlaşmaq bacarıqlarının inkişaf etdirilməsi sahələrində yeni proqramlar və layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |