|
• DünyadaNobel mükafatı laureatı olan alimlərin qatıldığı tədbirdə ölkəmiz də təmsil olunubAlmaniyanın Lindau şəhərində İqtisadiyyat Elmləri üzrə 7-ci Lindau Nobel Laureatlarının Görüşü keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il əlamətdar tədbirdə 20 Nobel mükafatçısı və dünyanın hər yerindən seçilmiş 330 gənc iqtisadçı iştirak edib. Budəfəki görüşdə Cozef Stiqlitz, Robert Uilson, Pol Milqrom, Rocer Mayerson, Oliver Hart, Ceyms Hekman, Kristofer Sims, Erik Maskin, Robert Aumann, Finn Kidland, Robert Merton, Riçard Taler, Lars Hansen, Kristofer Pissarides, Edmund Felps, Coşua Angrist, Benqt Holmstrom, Daniel MakFadden kimi dünya şöhrətli Nobel mükafatı laureatları olan iqtisadçılar iştirak ediblər. Sözügedən tədbirdə ölkəmizi gənc iqtisadçı Qənirə İbrahimovan təmsil edib. Tədbir üçün seçilmiş 330 gənc iqtisadçıdan biri olan Q.İbrahimova yarandığı vaxtdan indiyədək Nobel görüşlərində iştirak edən ilk və yeganə azərbaycanlıdır. Q.İbrahimova hazırda DAAD təqaüdçüsü, eyni zamanda 2019-cu ildən etibarən Almaniyanın Siegen Universitetinin Sahibkarlıq və ailə biznesi departamentində doktorant və elmi işçidir. Bundan əvvəl o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 6 il müəllim kimi fəaliyyət göstərib. Bu nüfuzlu tədbirdə iştirak etmək üçün dünyanın hər yerindən gənc iqtisadçı alimlərdən 10 000-dən çox müraciət daxil olub. Çoxmərhələli və yüksək rəqabətli seçim prosesi nəticəsində bu tədbirdə yalnız 330 namizəd iştirak etmək hüququ qazana bilib. Digər seçilmiş namizədlər kimi, Q.İbrahimova da bu görüşdə iştirak etmək, eləcə də Nobel mükafatçıları qarşısında öz tədqiqatı haqqında təqdimatla çıxış etmək üçün dəvət alıb. Qeyd edək ki, yalnız 30 gənc alimə öz elmi işlərini Nobel mükafatçılarına təqdim etmək üçün imkan verilib. Q.İbrahimovanın Azərbaycanda sahibkarlıq ekosisteminin rolu haqqında məruzəsi həm Nobel mükafatçılarının, həm də gənc iqtisadçıların böyük marağına səbəb olub. Bir həftə davam edən tədbirdə Q.İbrahimova Nobel mükafatçılarının mühazirələrində iştirak edib, onların mikro və makroiqtisadiyyat, oyun nəzəriyyəsi və hərraclar üzrə yeni layihələri ilə tanış olub. Bundan əlavə, Nobel laureatlarının iştirakı ilə keçirilən panel müzakirələrdə müasir qlobal iqtisadiyyatın aktual məsələləri müzakirə olunub. Panel müzakirələr müasir cəmiyyətdə elm və biznesin məsuliyyəti, tətbiqi mikroiqtisadiyyatda təkamül, iqtisadi sanksiyaların qlobal iqtisadiyyata potensial təsirləri, inflyasiya və onun idarə edilməsi yolları, sosial şəbəkələrin cəmiyyətin inkişafında artan rolu və digər mövzuları əhatə edib. Tədbir çərçivəsində Nobel mükafatçıları ilə səmimi ortamda görüşlər, gəzintilər, naharlar, kruizlər, axşam qəbulları və digər birgə ictimai fəaliyyətlər həyata keçirilib. Nüfuzlu tədbirdə ölkəmizi layiqincə təmsil edən Q.İbrahimova Nobel mükafatçıları ilə yaxından tanış olub, müxtəlif ölkələrdən olan gənc iqtisadçılarla peşəkar və dostluq əlaqələri yaradıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2022 09:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |