|
• DünyadaAfrika prioriteti proqramına göstərilən dəstəyə görə, UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkür bildirilibUNESCO Afrika prioriteti proqramına, eləcə də Afrika ölkələri Milli komissiyalarının bugünkü iclasının təşkilinə göstərdiyi böyük dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürümüzü bildiririk. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Qanada keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclasının açılışında deyib. Baş direktorun müavini F. E. Matoko Azərbaycanın Afrika ölkələrinin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Qananın Akkra şəhərində keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclası sentyabrın 12-dən 14-dək keçiriləcək. Azərbaycan iclasda UNESCO üzrə Milli Komissiya və ADA Universitetinin nümayəndələri ilə təmsil olunur. İclasda sentyabrın 13-də Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyaları üçün təlim proqramları, eləcə də Afrika ölkələrində təhsilin, xüsusilə də qızların təhsilinin inkişafına ölkəmizin göstərdiyi dəstək haqqında nümayəndə heyətimizin üzvləri məlumat verəcəklər. UNESCO-nun əsas tərəfdaşlarından olan ölkəmizin Afrika ölkələrində həyata keçirdiyi layihələrdən söz açılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |