إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanla İran arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.

Ahlibeyt.az-ın məlumatına görə, APA  Azərbaycanın İrandakı səfirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2022  09:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!