
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.
Ahlibeyt.az-ın məlumatına görə, APA Azərbaycanın İrandakı səfirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmlənməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.
Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.
