|
• DünyadaAvropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini təqdir edibAvropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.
Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə tviter səhifəsində bildirib. “Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin rəsmi Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu, həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir", - deyə Ş.Mişel vurğulayıb. Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2022 10:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |