إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi xalqımıza dəstəyini və həmrəyliyini ifadə edib

2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən mətbuata bildirilib ki, Seyfullah Hacımüftüoğlu Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022  09:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!