|
• DünyadaBMT-nin ali məclisində Azərbaycan multikulturalizmi barədə danışılacaqBMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində sentyabrın 21-də Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən və açılış, ümumi debatlar və bağlanış sessiyalarından ibarət, fiziki formatda yüksək səviyyəli tədbirin keçirilməsi planlaşdırılır. Ahlibeyt.az xəbərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin məlumatında bildirilib ki, BMT Baş Assambleyasının bu mötəbər tədbirində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edəcək. Məruzədə Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə müfəssəl məlumat veriləcək. Qeyd edək ki, dünyanın müxtəlif elmi dairələrində, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizdə müxtəlif xalqların və konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına, Azərbaycan multikulturalizminin örnək model kimi öyrənilməsinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə maraq gündən-günə artır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |