|
• DünyadaŞeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib ilə görüşübDünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 14-də Qurultay çərçivəsində bir sıra görüşlər keçirib. Ahlibeyt.az-ın Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə qurultay dəvətlisi Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə toxunulub. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını nüfuzlu müsəlman din xadimi - Əl-Əzhərin Baş İmamına yetirib. Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyi ilə əlaqədar təbrikinə görə təşəkkür edən QMİ sədri bu məsələdə təşəbbüskar rolu ilə bağlı Əl-Əzhərin Baş İmamına təşəkkürünü ifadə edib. Bildirib ki, Əl-Əzhərin Baş İmamının İslam ümmətinin mənafeyinə xidmət edən böyük səylərinə hər zaman dəstək verəcəkdir. Şeyx Əhməd ət-Tayyibin müsəlman aləminin qabaqcıl şəxsiyyətlərindən biri olduğunu, onunla görüşməkdən şərəf duyduğunu bildirən Şeyxülislam Əl-Əzhərin Baş İmamı ilə Roma Papası arasında Abu-Dabidə İnsan qardaşlığına dair sənədin imzalanma mərasimində iştirak etməyindən qürur hissi keçirdiyini diqqətə çatdırıb. QMİ sədri əlavə edib ki, fəaliyyətində, iştirak etdiyi bütün dinlərarası əməkdaşlıq müstəvilərində bu sənədin müddəalarını fəal təşviq edir. Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyib, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirməyi Şeyxülislamdan rica edib və yaxın zamanlarda ölkəmizi ziyarət edəcəyinə inandığını bildirib. Şeyxülislam Allahşükür Paşazadəni Müsəlman Ağsaqqalları Şurasına üzv seçilməyindən sonra baş tutan ilk görüşdə şəxsən təbrik etməkdən şad olduğunu bildirib. Əlavə edib ki, Azərbaycan qədim müsəlman diyarı, İslam mədəniyyətinə dahi şəxsiyyətlər bəxş etmiş diyardır. Qurultay çərçivəsində şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Səmimi söhbət zamanı Ali nümayəndə Azərbaycanla əməkdaşlığın səviyyəsindən, ölkəmizin sivilizasiyalararası dialoq müstəvisində qabaqcıl və fəal rolundan, Azərbaycanın siyasi rəhbərliyinin və dini liderinin bu istiqamətdə dəyərli səylərindən məmnunluğunu ifadə edib, “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq fəaliyyətlərini yüksək qiymətləndirib və həyata keçirilməsinə uğurlar diləyib. Migel Anxel Moratinos şeyxülislamdan Azərbaycan Prezidentinə səmimi salamlarını çatdırmağı xahiş edib. Qurultay çərçivəsində şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin son müqəddəs günləri Kilsəsinin on iki Həvari Şurasının Ağsaqqalı Ulisses Soares ilə də görüşüb. U.Soares Azərbaycanla dinlərarası əməkdaşlığın səviyyəsindən razı qaldığını vurğulayıb. Bildirib ki, Almaniya Mormon İcmasının üzvləri yaxınlarda Azərbaycana səfər edəcəklər və şeyxülislamla görüşmək niyyətindədirlər. Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman ruhani idarələrinin rəhbərləri - dini liderləri ilə görüşdə gələn ay Azərbaycanda keçiriləcək tədbirləri, Şuşa görüşünə hazırlığı, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderləri Şurasının təsis olunması və Əsasnaməsi ilə bağlı məsələləri müzakirə ediblər.QMİ sədri Moskva Patriarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy ilə də görüşüb. Səmimi görüş çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsinin mövcud əlaqələr, dinlərarası əməkdaşlığın perspektivləri müzakirə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2022 10:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |