|
• DünyadaAllahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak edəcək
Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfərə yola düşür.
Ahlibeyt.az xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir. Bildirilib ki, Qazaxıstanın paytaxtı Nursultan şəhərində 14-15 sentyabr tarixlərində keçiriləcək qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur. Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A. Paşazadə sentyabrın 13-də Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin sədrliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasında iştirak edəcəkdir. Sentyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcəkdir. Qurultayın açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iştirak edəcək. BMT Baş Katibi Antoniu Qutterişin videomüraciətlə Qurultay iştirakçılarına müraciəti nəzərdə tutulur. Qurultayların daimi iştirakçısı olan Şeyxülislam Allahşükür Paşazadənin bu səfəri zamanı, həmişə olduğu kimi, Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən, Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri, dünyanın tanınmış media qurumlarına müsahibələri nəzərdə tutulur. Səfər 16 sentyabradək davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2022 13:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |