إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

UNESCO-nun Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı Meksikada keçiriləcək

Sentyabrın 28-dən 30-dək Meksikada UNESCO-nun “MONDİACULT-2022” Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı keçiriləcək.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, 40 il əvvəl 1982-ci ildə Meksikada keçirilmiş “MONDİACULT” konfransına yenidən bu ölkə ev sahibliyi edəcək. Builki “MONDİACULT 2022” konfransına 100-dən artıq mədəniyyət naziri, 150-dən çox hökumətlərarası təşkilatın, BMT institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının qatılacağı gözlənilir.

Beynəlxalq ictimaiyyət tərəfindən arzu olunan yol xəritəsi kimi razılaşdırılmış BMT Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində sonuncu onilliyə qədəm qoyulduğu vaxtda qlobal çağırışların öhdəsindən gəlmək və yaxın gələcək prioritetləri müəyyən etmək üçün UNESCO üzv dövlətlərini və beynəlxalq ictimaiyyəti davamlı mədəniyyət siyasəti haqqında düşünməyə dəvət edir. Məqsəd davamlı inkişaf perspektivlərinə, eləcə də həmrəylik, sülh və təhlükəsizliyin təşviqinə tam uyğunlaşdırılmış daha dayanıqlı və davamlı mədəniyyət sektorunu formalaşdırmaqdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2022  09:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!