إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilatın Ciddədəki baş qərargahında keçirilən fotosərgidən əvvəl etdiyi çıxışda Hindistanın işğal etdiyi Cammu və Kəşmirdə insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması ilə bağlı etirazını bildirib.

Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.

Qeyri-rəsmi olaraq ölkədə bu qanuna Koranloven, “Quran Qanunu” deyilir.

Noyabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “Medianın nifrət nitqinin və zorakılığın qarşısının alınmasında rolu, dezinformasiyanın və qərəzliliyin təhlükələri” mövzusuna həsr edilmiş beynəlxalq forum keçirilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Cammu və Kəşmirin Hindistan tərəfindən qeyri-qanuni işğalının 76 illiyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir.

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsi Şahin Abdullayev təşkilatın Ciddədə yerləşən mənzil-qərargahında İƏT-in Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.

Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib.

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən irimiqyaslı hərbi təxribatları və terror aktlarını pisləyir və Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılan minaların partlaması nəticəsində mülki şəxslərin ölümünü səbəb olan terror aktlarını şiddətlə qınayır”.

2021-ci ildə İsveçdən üçillik müvəqqəti yaşayış hüququ almış İraq vətəndaşı Səlvan Momika Stokholm və Malmö şəhərlərində dəfələrlə “Quran”ın təhqir edilməsi aksiyaları keçirib.Onun bu bədnam əməlləri həm İsveçdə, həm də Yaxın Şərqdə böyük etirazlara səbəb olub.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Sentyabrın 5-6-da Hindistanın Pune şəhərində “Böyük İyirmiliy”in (G20) Dinlərarası forumu keçirilib.

Fransa Təhsil Nazirliyi bazar ertəsi günü ənənəvi müsəlman paltarı geyinərək Fransa məktəblərinə gedən 300-ə yaxın qızın dərslərə buraxılmadığını bildirib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev UNESCO-nun Klaster bürosunun direktoru vəzifəsini icra edən Maqnus Maqnussonla görüşüb.

 

SAUDIA hava yolları aviaşirkəti ilə Səudiyyə Ərəbistanına səyahət edənlər tezliklə dörd günlük pulsuz vizadan istifadə edə biləcəklər.

 

Cənubi Asiyada sülh və inkişaf Kəşmir münaqişəsinin həlli ilə bağlıdır.

267 səhifədən 112345»»»
© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!