|
• DünyadaİƏT separatçıların qondarma “seçkilər”ni TANIMIR
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Təşkilatın bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İƏT Baş Katibliyi Azərbaycanın və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkilər”i danışıqlara xələl gətirən addım kimi qiymətləndirir. Baş Katiblik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olan bu qeyri-legitim “seçkilər”i tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa, Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırır. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyən İƏT tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülhə və sabitliyə böyük töhfə verəcəyinə inanır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2023 10:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |