إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq hökuməti Qurani-Kərimi təhqir edən islamofob Səlvan Momikanın ekstradisiyasını İsveçdən tələb edib

2021-ci ildə İsveçdən üçillik müvəqqəti yaşayış hüququ almış İraq vətəndaşı Səlvan Momika Stokholm və Malmö şəhərlərində dəfələrlə “Quran”ın təhqir edilməsi aksiyaları keçirib.Onun bu bədnam əməlləri həm İsveçdə, həm də Yaxın Şərqdə böyük etirazlara səbəb olub.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 18-də İsveç hökuməti İraqdan bu şəxsin ekstradisiyası ilə bağlı müraciət alıb.

 

Momikanın sözlərinə görə, bu informasiya ona polis tərəfindən sentyabrın 7-də verilib. Onu sentyabrın 12-də sorğu-sual üçün Sederteledəki polis məntəqəsinə çağırıblar. Bu iş üzrə Momikanın vəkili təyin edilmiş Devid Holl da dinləmədə iştirak edib. O bildirib ki, İraq Stokholmdakı məscidin önündə “Quran”ın nüsxəsini yandırdığına görə Səlvan Momikanın ekstradisiyasını tələb edib.

 

İslamofob Nomikanın işi prokurorluğa göndərilib, lakin prokuror öz masasının üstündə onun ekstradisiyası ilə bağlı məktubun olmasını təsdiq və ya təkzib etməyib.

 

İslamofob iraqlının aksiyası İsveçin hakimiyyət orqanlarının icazəsi ilə və bu ölkənin polis əməkdaşlarının mühafizəsi altında keçirilib. Qeyd edək ki, bu tipli aksiyalar İsveç polisinə 423 min dollara başa gəlib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2023  15:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!