إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.

Ahlibeyt.az-ın məlumatına görə, APA Sinxua agentliyinə istinadla xəbər verir ki, D.Francis, “əfqan qadınları və qızları da kişilər kimi ayrılmaz insan hüquqlarına malikdirlər, onlara riayət edilməli və hörmət olunmalıdır” - deyə bildirib.

D.Francis deyib: "Mən Əfqanıstan hakimiyyətini bu siyasətə yenidən baxmağa və qızların məktəbə getməsinə, təhsil almasına icazə verməyə çağırmaq istərdim ki, onlar öz icmalarının və cəmiyyətin inkişafında rol oynaya bilsinlər”.

O qeyd edib ki, Əfqanıstan dünyada qızların təhsil almaq imkanı olmayan yeganə ölkədir.

Xatırladaq ki, 2021-ci ildə Əfqanıstanda baş verən hadisələrdən və ölkədən ABŞ qüvvələrinin çıxarılmasından qısa müddət sonra qızların orta təhsil alması qadağan edilib. Taliban hökuməti bu ölkədə ancaq oğlanların təhsil almasını məqbul sayıb.

Ötən ilin dekabr ayından qızların kollec və universitetdə təhsil alması da qadağan edilib və bu da minlərlə vətəndaşın universitet təhsilini yarımçıq qoyması ilə nəticələnib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2023  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!