|
• DünyadaSəudiyyə Ərəbistanına 4 günlük pulsuz viza ilə səyahət edənlər ümrə ziyarəti həyata keçirə biləcəklər
SAUDIA hava yolları aviaşirkəti ilə Səudiyyə Ərəbistanına səyahət edənlər tezliklə dörd günlük pulsuz vizadan istifadə edə biləcəklər.
Ahlibeyt.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının milli aviadaşıyıcısı SAUDIA, krallığa turizm məqsədi ilə daxil olmaq və onlara Ümrə ziyarətinə getmək üçün bilet aldıqdan sonra dörd günlük pulsuz viza təqdim etməyi planlaşdırır. Məlumata görə, Şirkətin sözçüsü Abdullah Əl-Şəhrani ərəb mediası Okaz-a verdiyi açıqlamada bildirib ki, Səudiyyə Hava Yolları tezliklə “Sizin Biletiniz Vizadır” proqramını elan edəcək və bu, səyahətçilərin Səudiyyə Ərəbistanına 96 saat müddətinə daxil olmasına imkan verəcək. Yeni qaydalarla ölkəyə bir gündən dörd günə gələn səyahətçilər viza üçün müraciət etməli olmayacaqlar. SAUDIA aviabiletinin əldə edilməsi zamanı səyahətçilərə avtomatik olaraq dörd günlük viza veriləcək. Bu bilet vasitəsilə turistlər Krallığın bölgələrinə səyahət edə və həmçinin ümrə ziyarəti edə bilərlər.
Səudiyyə rəsmisi viza verilməsi xidmətinin işə salınma tarixini açıqlamayıb. Krallıq rəsmisi bildirib ki, səyahətçi bilet aldıqda onlardan viza tələb edib-etmədikləri soruşulacaq. Viza tələb edildikdə, onlar müəyyən formanı doldurmaq və üç dəqiqədən gec olmayaraq bəzi prosedurları tamamlamaq üçün yönləndiriləcəklər. O, bu xidmətin verilməsinin səbəbini bir çox İslam icmasının ümrə ayinlərini yerinə yetirmək üçün dayanacaq nöqtəsi olması ilə izah edib. Yeni xidmət ölkə daxilindəki bütün beynəlxalq hava limanlarına şamil ediləcək. Bu arada Krallıq rəsmi bildirib ki, SAUDIA bu il beynəlxalq uçuşları 40 faiz artırmağı və daxili reyslərində 500 min əlavə oturacaq təqdim etməyi planlaşdırır. Hamçinin daha çox zəvvarın ümrə ziyarətini asanlaşdırmaq üçün Səudiyyə Ərəbistanı xaricdəki ümrə ziyarətçiləri üçün sığorta xərclərini 63 faiz azaldıb. Həcc və Ümrə Naziri Dr Tofiq bin Fawzan Al-Rabiah, bu yaxınlarda başa çatmış Həcc Expo 2023 sərgisi zamanı, dəyərin 235 Səudiyyə Riyalından (62) 87 Səudiyyə Riyalına (1) endirildiyini açıqlayıb. Nazirlik Krallığın hüdudlarından kənarda olan zəvvarlar üçün vahid və hərtərəfli tibbi sığorta proqramı həyata keçirib. Eyni zamanda xaricdən gələn zəvvarlar üçün məcburi Ümrə sığortası Viza prosedurlarının bir hissəsi olaraq, zəvvarlardan müalicə, qəbul, xəstəxanaya yerləşdirmə, stomatoloji müalicə, yol qəzası xəsarətləri, dializ halları, daxili və xarici tibbi evakuasiya kimi fövqəladə halları əhatə edən Ümrə sığortası alması tələb olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2023 12:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |