إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Türk Akademiyası ilə UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev UNESCO-nun Klaster bürosunun direktoru vəzifəsini icra edən Maqnus Maqnussonla görüşüb.

Ahlibeyt.az-ın xəbərinə görə, Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Türk Akademiyası ilə UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Ş.Mustafayev Türk Akademiyasının UNESCO ilə birgə işi barədə informasiyanı təqdim edərək birgə humanitar fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bundan başqa, onlar UNESCO çərçivəsində həyata keçirilən “Böyük İpək yolu” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.

M.Maqnusson, öz növbəsində, UNESCO-nun nümayəndəliyinə gələn Akademiyanın rəhbərinə minnətdarlığını bildirərək, təşkilatlar arasında qarşılıqlı münasibətlərin vacibliyini qeyd edib, elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazırlığı ifadə edib.

Görüşün sonunda tərəflər əməkdaşlığın artırılması və birgə layihələrin icrası barədə razılığa gəliblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2023  09:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!