|
• Dünyadaİslam Ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının V sessiyası keçiriləcəkİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi ilə birgə “Ümmətin həmrəyliyi üçün gənclərin və idmanın inkişafı” mövzusunda beşinci sessiyası keçiriləcək. Ahlibeyt.az-ın İƏT-in mətbuat xidmətinə istinadən məlumatına görə,konfrans Ciddədə 07-09 sentyabrda baş tutacaq Konfransda İƏT-ə üzv ölkələrdə gənclərin vəziyyəti, İƏT və onun müvafiq orqan və institutlarında gənclərin və idmanın inkişafına verdiyi önəmin müzakirəsi planlaşdırılır. Bu sessiyada sabitlik, tərəqqi, tərəqqi üçün əlverişli şəraitin təmin edilməsi və terror təşkilatları tərəfindən çağırılan ekstremist və zorakı ideyalarla mübarizə məqsədi ilə gənclərin bacarıqlarının artırılması, onların inkişafda rolunun yüksəldilməsi, dialoq, mülayimlik, tolerantlığın təşviqi ilə bağlı fəaliyyətləri müzakirə olunacaq. Panel iclaslarda İslam İnkişaf Bankı (İİB), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), Qadın İnkişafı Təşkilatı (WDO) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzi (SESRIC), Ticarətin İnkişafı üzrə İslam Mərkəzi (ICDT), İslam Həmrəyliyi İdman Federasiyası (ISSF), İslam Əməkdaşlıq Gənclər Forumu (ICGF) və Beynəlxalq Müsəlman Skautlar İttifaqı (IUMS) başda olmaqla, İƏT-ə üzv dövlətlərin idman və gənclər sahəsində səyləri nəzərdən keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |