إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirlməsində AMEA Tarix İnstitutunun vəzifələrinin icrası üçün yaradılan işçi qrupunun fəaliyyəti nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan Malıbəyli kəndindəki məscidin xarabalığı aşkar edilib.

Otuz ilə yaxın müddətdə dünya birliyi münaqişənin Azərbaycan üçün ağır nəticələrini aradan qaldırmaq istiqamətində təsirli tədbirlər görmədi. Azərbaycan bunu öz gücü hesabına həll etdi. Münaqişələr olan yerdə ədalətsizliklər hökm sürür. Dünyanın qəbul etdiyi ədalət dəyərlərində aşınmalar meydana gəlir.

Azərbaycan Respublikası Prezidentinin Zəngilan Rayonu Xüsusi Nümayəndəliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupuna qeydiyyat başlanıb.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təqdimatı olub.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalının əlavə edilməsi nəzərdə tutulub.

Ərəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında monoqrafiya çapdan çıxıb - “Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblilər üçün “Onlayn təhdidlər və kibergigiyena qaydaları” mövzusunda təlimlər keçirib.

Azərbaycan ərazisində Dekabr ayı üçün gündəlik namazların azan cədvəli

Bakı və Abşeron üfüqü ilə Dekabr ayı üçün gündəlik namazların azan cədvəli.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur.

Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlərlə görüşüb.

Noyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.

Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə tərəfdaşlığı ilə ABŞ-ın Yuta Universitetinin professoru Hakan Yavuzun müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın təqdimatı olub.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə ”Smart kitabxana” konsepsiyası ilə bağlı elmi seminar keçirilib.

Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 66 min 132 şəxsə xidmət göstərilib.

Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

233 səhifədən 9«««5678910111213»»»
© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!