|
|
Şuşanın müqəddəs ocaqları“Şuşa İli” ilə əlaqədar İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə uğurla davam edir. Ahlibeyt.az-ın məlumatına görə, Muzeyin sosial media hesabında bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa şəhərindəki müqəddəs ocaqlara həsr olunur. Şuşa şəhərində 17-yə yaxın müqəddəs dini ocaq vardı. Adətən dini ocaqlar məscidlərin yanında yerləşirdi. Bu ocaqlardan Seyid Xəlil ocağı Cıdır düzünə gedən yolun üzərində yerləşirdi. Ocaq bütün Qarabağ camaatının, o cümlədən də şuşalılardan müqəddəs seyid kimi tanıdıqları Seyid Xəlilin adı ilə bağlı idi. Bütün bayram və yas mərasimləri və toy zamanı bişirilən təamların ilki Seyid Xəlilə gətirilərdi. Saqqaxana ocağı Çuxur məhəllədə idi. Ocağın lap yaxınlığında böyük gəvriş ağacı əkilmişdi. Ziyarətə gələnlər gəvriş ağacının dibindən torpaq götürər və həmin torpağı suya salıb, sonra xəstələrə içirərdilər. Suyu içənlər tezliklə xəstəlikdən xilas olardı. Şahlıq ocağı Köçəri məhəlləsində yerləşirdi. Müqəddəs ocağa gələnlərin sayı-hesabı yox idi. Ziyarətə gələnlər arasında Cənubi Azərbaycandan gələn zəvvarlar da olardı. Mir Fəseh ocağı Cıdır düzündə yerləşirdi. Bura ziyarətə gələnlər qadın zəvvarları idi. Şami Qəriban ocağı. Bu ocaq İmam Hüseynin şəhidliyi gününə xatirə olaraq adlandırılmışdı. Burada dualar oxunur, mərsiyələr deyilirdi. Qurdlar ocağı Şuşa şəhərinin aşağı ərazisində Qurdlar məhəlləsində yerləşirdi. XX əsrin 30-cu illərinə qədər fəaliyyət göstərmişdir. Sərqa ocağı Çuxur məhəllədə yerləşirdi. Ocağın torpağı yaralara məlhəm hesab olunurdu. Seyid Ocağı, Əli Ocağı da məşhur ocaqlardan idi. Bu ocaqlar da XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2022 09:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |