|
|
“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilibPrezident İlham Əliyevin 2021-ci il oktyabrın 27-də imzaladığı Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olanlara dair məlumatlar daxil edilir. Ahlibeyt.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən açıqlamada bildirilib ki, həmin altsistemə 230 mindən çox şəxsə dair məlumatlar daxil olunub. “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb. Qırx dörd günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynadı. Aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sistem üzərindən onlara proaktiv qaydada təqaüd təyinatları aparılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2022 12:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |