|
|
70-ə yaxın qadın məscidlərdə dini ayin icraçısı olmaq üçün müraciət edibAzərbaycanda fəaliyyət göstərən məscidlərdə ilk dəfə olaraq qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib. Ahlibeyt.az-ın xəbərinə görə, bunu Report-un sualına cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib. Şöbə müdiri qeyd edib ki, İslam dini ilə bağlı ibadət evlərində qadin dini ayin icrası vəzifəsi üzrə vakant yerlərin hamısı Bakı şəhəri üzrədir. Onun sözlərinə görə, həmin yerlərə sənəd qəbulu artıq yekunlaşıb və yaxın zamanlarda müsahibə mərhələsi keçiriləcək: "Müsahibədən uğurla keçən qadınlar məscidlərdə dini ayin icrasını həyata keçirə biləcəklər. Ümid edirik ki, həmin qadınlar savadlı, ali və orta ixtisaslı olaraq cəmiyyətin düzgün və sağlam maariflənməsi üçün öz töhfələrini verə biləcəklər".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Dekabr, 2022 11:34 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |