|
|
Klassik Şərq poetikasını öyrənənlər üçün dəyərli mənbəƏrəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında monoqrafiya çapdan çıxıb - “Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xatın Cəfərlinin müəllifi olduğu “Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” adlı monoqrafiya işıq üzü görüb. Ahlibeyt.az-ın xəbərinə görə, İnstitutun məlumatında bildirilib ki, monoqrafiyada X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi Sahib ibn Əbbadın 1960-cı ildə Bağdadda görkəmli ərəb alimi Məhəmməd Həsən Al-e Yasin tərəfindən “əl-İqna fil əruz və təxricil qavafi” adı ilə nəşr olunmuş əsəri elmi tədqiqata cəlb olunur. Orta əsrlərdən ədəbiyyatşünasların diqqət mərkəzində olan bu əsər “əl-İqna fil əruz və təxricil qavafi” klassik Şərq poetikasının mühüm mənbəyi, ərəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında olduqca qiymətli tədqiqat işidir. Monoqrafiyada “əl-İqna fil əruz və təxricil qavafi” Şərq filoloji-elmi-nəzəri fikrinin digər görkəmli nümayəndələrinin məşhur əsərləri ilə müqayisədə öyrənilir. Yeni nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi fil.e.d., professor Kamandar Şərifov, rəyçiləri fil.e.d., professor Mahirə Quliyeva və fil.ü.f.d., dosent Nəzakət Məmmədlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |